Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 11-də Naxçıvan Muxtar Respublikasına səfəri başa çatıb.

Unikal.org-un məlumatına görə, Naxçıvan Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və hökumətin üzvləri yola salıblar.