Aİ-nin Rusiyaya qarşı bütün qərarları müstəqildir və ABŞ-ın mövqeyindən deyil, vəziyyətdən asılı olacaq. 

Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, bu barədə Aİ diplomatiyasının rəhbəri Federika Mogerini bildirib.

"Aİ-nin qərarları Vaşinqtonda verilmir, onlar 28, gələcəkdə isə 27 ölkə tərəfindən Brüsseldə və lazımlı bilinən digər yerlərdə qəbul olunur. Bizim Rusiyaya qarşı sanksiyalara dair qərarımız həmişə vəziyyətə görə dəyərləndiriləcək, Minsk sazişlərinin tam icrası, Ukraynanın şərqindəki vəziyyətlə əlaqəli olacaq və başqa yerlərdə qəbul olunan qərarlardan asılı olmayacaq, - deyə Mogerini Davosda çıxışı zamanı deyib.