Ankarada naməlum şəxslər bir taksidəki sərnişinlərə silahlı hücum ediblər. Silahlılar taksidə olan sərnişinlərdən bir nəfəri öldürüb, ikisini isə yaralayıblar.
Unikal.org xəbər verir ki, hadisə ötən gecə 12 radələrində Mamakda meydana gəlib. Əldə edilən məlumatlara görə, yaralılar təcili tibbi yardımla Ankaranın müxtəlif xəstəxanalarına aparılıblar.
Polis qrupları avtomobilin ətrafını lent çəkərək bağlayıblar. İlkin araşdırma zamanı hücuma uğrayan avtomobilə 13 atəş açıldığı məlum olub.
Cinayətkarları tutmaq üçün geniş həcmli axtarışlara başlayn polislər ətrafdakı şübhəli avtomobillərdə axtarış aparıblar. Hadisə şahidlərinin xəbərinə əsasən, 06 DH 3479 nömrəli avtomobil saxlanılaraq axtarış edilib. Avtomobildə olan 2 şübhəli tutularaq nəzarətə götürülüb. Hücumu həyata keçirən digər 2 şübhəlinin tutulması üçün isə işlər davam edir.