Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tanzaniya Respublikasına səfərə gedib.
Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, Tanzaniyada Rəcəb Tayyib Ərdoğanın gəlişi sevinclə qarşılanıb.
Rəsmi qarşılanma mərasimində Ərdoğan baraban ifa edib. Barabanın Tanzaniyada bir ənənə olduğu deyilib.
Qeyd edək ki, Ərdoğanın üçüncü Afrika turu çərçivəsində ziyarət və görüşlər aparmaq üçün Tanzaniyaya gedib. Həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Mevlüt Çavuşoğlu, İqtisadiyyat naziri Nihat Zeybekci ilə Enerji və Təbii Qaynaqlar naziri Berat Albayrak da Əroğanı müşayət ediblər.
Ərdoğan hava limanında endikdən sonra dövlət sarayı önünə gəlib. Burada Tanzaniya Keşikçilər Alayı, Ərdoğanın şərəfinə təxminən 5 dəqiqə ərzində top atəşi açıblar.