Ötən ilin dekabrın 17-də Abşeronda bədbəxt hadisə baş verməsi nəticəsində 2 nəfər ölməsi barədə məlumat vermişdik. Xəbərdə bildirilirdi ki, Xırdalanda dəyirmanın hasarı uçub. Nəticədə iki fəhlə uçqun altında qalaraq, ölüb. "Arient" MMC-yə məxsus dəyirmanın hasarının aşması nəticəsində 1994-cü il təvəllüdlü Rəcəb Cavadov və 1995-ci il təvəllüdlü Sadiq Mehdiyev uçqun altında qalaraq, ölüblər. Faktla bağlı Cinayət Məcəlləsinin 162-ci maddəsi ilə cinayət işi başlanıb.
Unikal.org sosial şəbəkələrə istinadən bildirir ki, bədbəxt hadisə nəticəsində dünyasın dəyişən dostların bu gün 40 mərasimidir. Onlar Zərdabın Alıcanlı kəndində eyni yerdə dəfn ediliblər.