Baknın mərkəzində gənc rəssam ölümcül döyülüb.

Unikal.org
Criminal.az saytına istinadən xəbər verir ki, ''Yarat'' Müasir İncəsənət Təşkilatının üzvü, rəssam Batunay Haqverdiyev naməlum şəxslərin hücumuna məruz qalıb.

Məlumata görə, Britaniya Rəssamlıq Akademiyasının məzunu olan B.Haqverdiyev axşam saatlarında evinin eyvanında dayanarkən xoşagəlməz mənzərənin şahidi olub.

Cangüdənləri ilə gəzişən bir nəfər öz itini sahibsiz və arıq itin üstünə aparararaq döyüşdürmək istəyib. B.Haqverdiyev onlara irad tutur və iti götürərək kənara qoymaq istəyir. Bu zaman həmin şəxslər tərəfindən ağır söyüşlərlə təhqir olunur. Bu zaman əlbəyaxa dava başlayır. Üç nəfər iri cüssəli oğlan B.Haqverdiyevi huşunu itirənədək döyürlər.

B.Haqverdiyev ağır vəziyyətdə xəstəxanaya aparılaraq əməliyyat olunur.

B.Haqverdiyevin anası Yelena Haqverdiyeva açıqlamasında bildirib ki, oğlu Tibb Universitetinin Xəstəxanasında əməliyyat olunub, vəziyyəti yaxşı deyil. Zərərçəkmişin anası hadisə barədə ətraflı məlumat vermək istəmədi.

Yasamal rayon Polis İdarəsinin 27-ci bölməsinin təhqiqarçısı Eldar Mirzəzadə isə diqqətə çatdırıb ki, B.Haqverdiyevi döyən şəxslərin kimliyi hələlik məlum deyil. Onun sözlərinə görə, B.Haqverdiyev hadisə baş verən zaman 3 nəfər olublar. Hazırda araşdırma aparılır.

Bakıda ''Yarat''ın rəssamını mühafizəçilər ölümcül döydü - FOTO