Bakıda mənzildə meyit tapılıb.
Unikal.org Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə paytaxtın Nizami rayonunda mənzildə bir nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıblar və 1937-ci il təvəllüdlü Lyubişova Larisa Dmitriyevnanın cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.