Goranboyda körpə ölümü baş verib.
Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, rayon sakini 1992-ci il təvəllüdlü Bağırova Lalə Ələsgər qızı Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə yolu ilə uşaq dünyaya gətirib.
Doğuşdan sonra uşaq dünyasını dəyişib. Ananın vəziyyəti isə ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.
Tibbi yardımlardan sonra L. Bağırovanın vəziyyəti normallaşıb.