Kanadada məsciddə silahlı insident baş verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə Kvebek şəhərində qeydə alınıb.

İlkin məlumata əsasən, üç silahlının açdığı atəş nəticəsində 5 nəfər ölüb.

Qeyd edək ki, hadisə zamanı məsciddə 40-a yaxın dindar olub. Polis tərəfindən 2 nəfər şübhəlinin saxlanıldığı bildirilir.