Qarlı hava şəraiti ilə əlaqədar Bakı Beynəlxalq Avtovağzal Kompleksində heç bir avtobus reysi təxirə salınmayıb.

Bu barədə Unikal.org-a Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı deyib.

O bildirib ki, hava şəraiti reyslərə təsir etməsə də, bütün istiqamətlərdə avtobusların gediş-gəlişində gecikmələr yaranıb: "Sürücülər hava şəraiti ilə əlaqədar təlimatlandırılıb və təhlükəsizlik səbəbindən avtobusları aşağı sürətlə hərəkət etdirirlər. Bu isə gecikmələrə səbəb olur. Hazırda avtovağzalda sərnişin azlığı müşahidə olunur.