"Xəzər TVdə bu gün yayımlanmış "Bizə danış" verilişinə yeniyetmə qız müraciət edib.

Unikal.org Baku.ws-ə istinadən xəbər verir ki, o, 14 yaşında qoşulub qaçdığını və 6 aylıq hamilə olmasına rəğmən, oğlanın ailəsi tərəfindən evdən atıldığını bildirib. Özündən 13 yaş böyük oğlana qoşulub qaçan yeniyetmə qız jurnalist Xoşqədəm Hidayətqızından kömək istəyib.

Verilişin ekspertlərinin və aparıcının tənqidlərinə tuş gələn qız göz yaşlarını tuta bilməyib.