Hər kəs yaxşı yaşamaq, sakit, firavan həyat tərzi sürmək arzusundadır. Yaşayış üçün əlverişli yer deyəndə çoxlarının ağlına ancaq qərb ölkələri gəlsə də, "İnterNations təkşilatının sorğusuna əsasən ən yaşamalı ölkələr arasında birinci yerdə Cənub-Şərqi Asiyadakı Tayvan seçilib.
Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, təşkilat dünyanın 191 ölkəsində yaşayan 14 300 nəfər arasında sorğu keçirib. Cavablara görə, 21 ölkə yaxşı yaşamaq üçün ən uyğun yer seçilib.
Qeyd etdiyimiz kimi, ilk pillədə Tayvan, sonrakı yerlərdə isə nəqliyyat infrastruktunun yüksək inkişaf etdiyi Avstriya, Yaponiya, İspaniya və Kosta-Rika qərarlaşıb. Ümumulikdə isə, 21 ölkənin siyahısı belədir:
Qeyd edək ki, sorğuda iştirak edənlər adıçəkilən ölkələrdə səhiyyə, təhsil, turizm, nəqliyyat və təhlükəsizlik sahələrinin yüksək səviyyədə olmasını əsas gətiriblər.