Bu gündən etibarən Dövlət Avtomobil Nəqliyyatı Xidməti fərqlənmə nişanlarının və digər sənədlərin verilməsini asanlaşdırıb.

Bu barədə Unikal.org-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən məlumat verilib.

Məlumata görə, qeyd olunan sənədlərin daha tez, rahat və yerində verilməsi üçün sərnişindaşıma və yük daşıma fəaliyyəti göstərən sürücülər üçün xüsusi proqramla təchiz olunmuş mikrovatobuslarla səyyar xidmət göstərilməsinə başlayır.