Almaniyanın keçmiş xarici işlər naziri Qido Vestervelle vəfat edib.
Unikal.org-un "Qafqazinfo"ya istinadən verdiyi məlumata görə, 54 yaşlı eks-nazir Köln universitet klinikasında leykoz xəstəliyindən müalicə aldıqdan sonra yaranan fəsadlara görə dünyasını dəyişib.
Q. Vestervelle 2001- 2011-ci illərdə Azad Demokratik Partiyasının sədri, 2009-2013-cü illərdə XİN rəhbəri olub. O, Avropa birliyində ən çox qazanan siyasətçilərdən biri olub.
Vestervelle 2010-cu ildə ortağı Mixail Mronçla rəsmi şəkildə evlənib.