Türkiyədə Nigeriyalı yerli tələbələr arasında dava olub.
Unikal.org xəbər verir ki, Türkiyənin Bolu bölgəsində təhsil alan Nigeriyalı iki tələbəni lağa qoymaq üçün türklər sual ünvanlayıblar. Sual isə belə olub. Saat neçədir? Saatı hardan aldınız sualını ünvanlayan türkiyəli gənclər Nigeriyalı tələbələri özündən çıxarıb.
Ətrafdakı vətəndaşların da müdaxilə etdiyi davada Nigeriyalı tələbələr çətinliklə sakitləşdirilib. Tərəflər bir-birinə təpik yumruqla hücum ediblər.
Nigeriyalı tələbələr öz fikirlərini belə ifadə ediblər: "Biz qarayıq və xarici ölkə vətəndaşıyıq. Hər kəs bizi burada lağa qoyur. Artıq biz yorulduq. Hər kəs küçədə bizi görüncə axmaq-axmaq suallar verirlər. Biz də reaksiya verdikdə bizim üzərimizə gəlirlər. Küçədə gedirəm bir adam üstümə gəldi. Heç salam filan vermədən 'saat neçədir?', "paltarı haradan aldın?" deyə soruşdu. Saat neçə nə demək. Mən saat satıram cavabını verdim".
Hadisə yerinə gələn polis qrupları gəncləri sakitləşdirib və bir-birlərindən şikayətçi olmadıqlarını öyrənib.