ABŞ Prezident Donald Trampla ukraynalı həmkarı Pyotr Poroşenko arasında telefonda danışığı baş tutub.
Unikal.org xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Əlaqə zamanı Donbas bölgəsində sülhün yenidən bərqərar olması üçün Trampın Rusiya, Ukrayna və digər ölkələrin liderləri ilə əməkdaşlıq sözü verdiyi bildirilib.
Poroşenkonun sözçüsü Svyateslov Tseqolko isə qeyd edib ki, liderlər Avdeyevka qəsəbəsində mövcud durumla bağlı narahatlıqlarını ifadə edib.
O, Poroşenkonun Vaşinqtona planlaşdırılan səfəri ilə bağlı fikir mübadiləsi aparıldığını da vurğulayıb.