Suriyada terrorçular qaz kəmərini partladıblar.
Bu barədə "TASS" agentliyi bu ölkənin Elektroenerji Nazirliyinə istinadən xəbər verib.
Məlumata görə, hadisə Rif-Dəməşq vilayətində, Cirud rayonunda qeydə alınıb. Xəbərdə bildirilir ki, "ən-Nasiriyyə" elektrostansiyasını təchiz edən qaz kəməri sıradan çıxarılıb.
Hadisə ilə əlaqədar həmçinin elektrostansiya da fəaliyyətini dayandırıb. Qaz kəmərinin hansı silahlı qruplaşma tərəfindən sıradan çıxarılması barədə məlumat verilmir.