Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsinin 149-cu km-də torpaq sürüşməsi aktivləşib. Sürüşmə sahəsi 40 metrədək ərazini əhatə edir. Sözügedən hissədə yol 40-50 sm çöküb.

Unikal.org-un məlumatına görə, bu fikirləri "Azəravtoyol ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. O, qeyd edib ki, sürüşmə qeydə alınan hissənin bərpası üçün əraziyə "Azəravtoyol ASC-nin texnikası və canlı qüvvəsi cəlb olunub.

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə həmin hissədə hərəkət məhdudlaşdırılaraq, ərazidəki alternativ yola yönəldilib.