Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə fevralın 10-da saat 12.00-da Şirvan şəhərində Hacıqabul, Sabirabad, Saatlı rayonlarının və Şirvan şəhərinin sakinlərinə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Unikal.org xəbər verir ki, vətəndaşlar "[email protected] elektron poçt ünvanı, 1655 "Çağrı mərkəzi, (012) 598 38 18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaq. Bunun üçün Şirvan şəhərində (021) 2151515, Hacıqabul rayonunda, (021) 2043101, Sabirabad rayonunda (021) 2355082, Saatlı rayonunda (021) 2852126 nömrəli telefonlarla əlaqə saxlamaq mümkündür.