"Star TVdə yayımlanan "Zuhal Topalla izdivaç verilişinə qatılan və bir müddətdir proqramda görünməyən azərbaycanlı gəlin namizəd Esmira video açıqlama yayıb.
Unikal.org xəbər verir ki, Esmiranın transseksual olduğu və buna görə verilişdən qovulduğu haqda məlumat yayılmışdı.
Esmira proqramdan qovulmadığını, öz istəyi ilə ayrıldığını bildirib:
"Kanaldan qovulmadım, öz istəyimlə ayrıldım. Qısa vaxtda reytinq qazandım. Reytinqli biri olduğum üçün kanal məni istədi. Məni hər zaman lojada oturtdular. Bunun iki səbəbi var: birincisi, insanlar mənim şərhlərimi sevirdi, mənə inanır və görmək istəyirdilər. İkincisi isə mənə namizəd olanlar çox idi. Namizədim gəlirdi, amma məni çıxartmırdılar. Çünki kimisə bəyənsəm, çaya getməli idim. Onlar isə verilişdən uzaqlaşmağıma imkan vermirdilər. Mənə yaraşmayan namizədləri efirə çıxarırdılar ki, bəyənməyim. Ya da mənim namizədimi başqa qızların adına çıxardırdılar. Müqaviləyə gəldikdə isə... Bütün kanallarda müqavilə var. Bizimlə isə proqrama öz istəyimizlə qatıldığımıza dair müqavilə imzalanmışdı. Başqa bir şərt yox idi. İstədiyimiz vaxt verilişə gələ, istədiyimiz vaxt gedə bilirdik.