1990-cı ildə həyat yoldaşı ilə həcc ibadətini reallaşdırarkən baş verən izdihamda xəstəxanaya çatdırılan və 26 ildir haqqında heç bir xəbər olmayan Fahirə Karanın yaşadığı məlum olub.
Unikal.org xəbər verir ki, Müge Anlının "Tatlı Sert" proqramında axtarılan Fahirə Karanı bir yəmənlinin saxladığı ortaya çıxıb. Ümrədən verilişə gələn bir tamaşaçı Fahirə Karanın evdən çölə çıxarılmadığını və Səudiyyə Ərəbistanında 3 uşağı olduğunu deyib.
"Fahirə Karanı oğurlayan şəxs edam ediləcək"
Səudiyyə Ərəbistanında Fahirə Karanın oğurlandığı söz-söhbətlərinin danışıldığını ifadə edən şəxs: "Səudiyyədə Fahirə Karanı qaçıran yəmənlinin edam ediləcəyi deyilir", - ifadəsini işlədib.
Fahirə Kara niyə tapılmır?
Fahirə Karanın Ərəbistanda çölə çıxmamaq səbəbi ortaya çıxıb. Ərəbistandakı uşaqlarından birinin təhlükəsizlik güclərində çalışdığı deyilir. Türkiyənin Ciddə baş konsulluğunun Fahirə Karanı axtardığını bildiyi üçün, o, anasına görə atasının asılmaması üçün Fahirə Karanı gizlədir.
Fahirə Karanın evi tapıldı!
Ərəbistanda həcc ziyarətinə yollanan bir türk hacının qaldığı oteldə çalışan işçi isə Fahirə Karanı qaçıran adamın qohumu olduğunu və hər şeyi bildiyini deyib: "Hadisənin üzərindən 30 il keçdi. Fahirə Kara Türkiyəyə dönmək üçün çox çalışdı, lakin aradan keçən illər sonrası Türkiyəyə dönə bilməyəcəyini anlayınca Ərəbistanda özünə bir həyat qurdu. Çox çalışdı, özünə aid ikimərtəbəli evi var. Buradan Türkiyəyə dönsə, kimin yanında qalacaq? Kim ona nə qədər baxacaq? Öncə hər kəs onu qəbul edəcək, lakin 6 ay sonra nə olacaq?" - Ifadələrini işlədib. milli.az