Fransanın keçmiş prezidenti Nikola Sarkozi "Biqmalion" işi ilə bağlı məhkəmə qarşısına çıxacaq.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Ədliyyə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, "Biqmalion" işi Sarkozinin 2012-ci ildə təbliğat kampaniyasının maliyyələşdirilməsi ilə bağlıdır. Belə ki, Sarkozi təbliğat kampaniyası üçün qanunla nəzərdə tutulan məbləğdən (22,5 milyon avro) artıq vəsait ( 40 milyon avro) xərcləyib.