Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib.  

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, partlayış Ali Məhkəmə binasının yaxınlığında qeydə alınıb. Hadisə nəticəsində 19 nəfər ölüb, 40 nəfər xəsarət alıb.

Kabil polisi partlayışın terrorçu-kamikadze tərəfindən törədildiyini bildirib.

Hadisə iş gününün sonunda, əməkdaşlar məhkəmə binasını tərk edərkən baş verib.