"Microsoft korporasiyası rəqəmsal ünsiyyət mədəniyyəti ilə bağlı tədqiqat aparıb.
Unikal.org-un "runews24.ru saytına istinadən məlumata görə, "Microsoft şirkətinin müvafiq tədqiqatında dünyanın 14 ölkəsindən yaşlı və yeniyetmələr iştirak ediblər. Nəticədə şəbəkədə ünsiyyət mədəniyyəti reytinqi tərtib edilib.
Rusiya reytinqdə 12-ci yeri tutub. Bildirilir ki, Rusiya şəbəkədə nifrət dolu çıxışlarla ilk mövqedə qərarlaşıb. Bu ölkə vətəndaşların şəxsi həyatının gizlədilməsinə görə ikinci yeri tutub.
Tədqiqatın nəticələrinə əsasən, demək olar ki, Rusiya Federasiyasında əhalinin dörddə üçü və ya 75 faizi internetdə təhdid və təhqirlə üzləşiblər.