Azərbaycanda siqaretin topdansatışı ilə məşğul olan firmalar satışı dayandırıb.

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, bu barədə siqaret satışı ilə məşğul olan bir neçə kiçik sahibkar məlumat verib. 

Sahibkarların sözlərinə görə, siqaretlərin nəğdsiz satışına keçildikdən sonra firmalar topdansatışı demək olar ki, məhdudlaşdırıb.

Bu barədə məlumat verən iş adamının sözlərinə görə, siqaretin nəğd satışı dayandırıldıqdan sonra hesabına pul köçürüb, firmalardan siqaret istəsə də, ona bildirilib ki, siqaret yoxdur, satış dayandırılıb: "Mən şəxsən 25 min manat pul ödəmişəm. Tanış sahibkarlar var ki, onlar hesablarına 50 min manata yaxın pul köçürüblər. Bununla belə, firmalar heç kimə siqaret vermir".

Topdansatış firmaları artıq bir aya yaxındır ki, xırda sahibkarları siqaretlə təmin etmir. Sahibkarlar məcbur qalıb, müxtəlif yollarla "qara bazardan siqaret alırlar.

Bakının mərkəzində fəaliyyət göstərən köşklərdə işləyən satıcılardan əldə edilən məlumatda isə bildirilir ki, siqaret satışı ilə əsasən 3 firma məşğul olur. Bunlar "Kent, "West və "Winston şirkətləridir. Adıçəkilən firmalar isə qeyri-rəsmi olaraq siqaret satışını dayandırdıqlarını bildirib: ""Qara bazarda siqaret satanlar isə konkret qiymət təklfi etmir, kim neçəyə istəyir, o qiymətə satır - deyə sahibkar qeyd edib.