Qarabağ separatçılarının "Artsaxın səsi" adlı musiqi qrupunun İrandakı konserti ilə bağlı deyilənlər həqiqəti əks etdirmir.

Unikal.org xəbər verir ki, bunu APA-ya İranın İslami İrşad və Mədəniyyət Nazirliyinin Musiqi və İncəsənət şöbəsindən bildiriblər:

"Bu məlumat kökündən yanlışdır. İran qondarma Dağlıq Qarabağ Respublikasından olan hər hansı musiqi qrupuna ölkədə çıxış etmək üçün icazə verməyib".