"Bildiyiniz kimi, dünəndən başayaraq istər Rusiyanın rəsmi və qeyri-rəsmi şəxsləri az qala özlərini bu "hallagen gədəyə" görə "cırırlar". Putinin mətbuat katibindən tutmuş, xarici işlər nazirinə kimi hər kəs bu başıpozuq Lapşinlə bağlı o qədər sözlər,o qədər fikirlər səsləndiriblər ki, adam bunların ağlına və savadına mat-məətəl qalır".

Unikal.org bildirir ki, bu fikirləri tanınmş hərbi ekspert Üzeyir Cəfərov deyib. Onun qeydlərini olduğu kimi təqdim edirik: 

"Azərbaycana dost və etibarlı müttəfiqliq edən Belorusiyanın lovğa və özündənrazı bloger Aleksandr Lapşini Azərbaycana təhvil verməsi hələ uzun müddət müzakirələrə və diskussiyalara səbəb olacaq. Mən artıq iki gün ərzində kifayət qədər söylənənləri yenidən təkrarlamaq fikrində deyiləm. Məni bir incə və son dərəcə həsas məsələ narahat edir ki, onu da düşünürəm ki, mütləq həm rəsmilərimiz, həm də cəmiyyət olaraq hər birimiz tərəfindən ictimailəşdirməyimiz çox önəmlidir.

Bildiyiniz kimi, dünəndən başayaraq istər Rusiyanın rəsmi və qeyri-rəsmi şəxsləri az qala özlərini bu "hallagen gədəyə" görə "cırırlar". Putinin mətbuat katibindən tutmuş, xarici işlər nazirinə kimi hər kəs bu başıpozuq Lapşinlə bağlı o qədər sözlər,o qədər fikirlər səsləndiriblər ki, adam bunların ağlına və savadına mat-məətəl qalır. Bunlara sual vermək lazımdır ki, sizin atdığınız addımların və hərəkətlərinizin adı nədir? Siz cinayət törətmiş bir şəxsi nədən belə cani-dildən müdafiə edirsiniz və nə əcəb özünüzün də bu cinayətkarın şəriki olduğunuzun fərqində deyilsiniz? Bəlkə elə deyil? Bu adamı KONKRET CİNAYƏT əməlinə görə saxlayıblar. Əgər onu qeyri-qanuni saxlasaydılar, onda sizin cənfəşanlığınızın yeri var idi. Fikir verin, bu cinayətkar Lapşin hələ gedib Kürdəxanıdakı təcridxanada otağına çatmamış Rusiyanın Azərbaycandakı səfiri Doroxin cumur bizim xarici işlər naziri Elmar Məmmədyarovun yanına. Bizim hörmətli nazir də dərhal onu qəbul edir. Ay hörmətli Elmar müəllim, axı siz bu Doroxinə ilk sual olaraq belə bir irad bildirməliydiniz ki, cənab səfir, sizin narahatçılığınız nədəndir? Bilirəm ki, demisiniz. Amma, ən əsasın demək lazım idi. Ermənistanda girov saxlanılan, öz ərazilərimizdə oğurlanaraq iki ildən artıq bir müddətdə qondarma ittihamlarla min bir əzab-əziyyətə düçar qoyulan Dilqəm Əsgərovla Şahbaz Quliyevdən biri Rusiya vətəndaşı olan azərbaycanlıdır. Bu günə kimi həmin girovlara heç olmazsa bircə dəfə də olsun Rusiyanın Ermənistandakı səfiri və ya konsulu baş çəkibmi? Hələ Bakıda olanda Rusiya XİN başçısı erməni Sergey Lavrov söz vermişdi ki bu məsələ ilə onlar məşğul olacaqlar. Gördük necə "məşğul olduqlarını". Başlarına dəysin. Bəs nə oldu, ay urus köpək uşağı? Bu Lapşin sizə nədən bu qədər əziz və doğmadır? Axı o Azərbaycan adlı dövlətin qanunlarını pozub. Bunu biz təkcə demirik ki. Bunu Belorusiyanın hüquq-mühafizə orqanları da sənəd və sübutlarla ortaya qoyublar və qanunlara hörmət olaraq onu Azərbaycana təhvil veriblər. İndi yaramaz və alçaq, tərbiyyəsiz Jirinovskidən tutmuş daha kimlərə qədər səhərdən axşama kimi küçə itləri kimi hürüşürlər. Qoy hürsünlər. Adətən mən mətbuatda ifadələrimdə korrekt olmağa çalışıram, amma bu həyasızlığı və yekəxanalığı görəndə, sadəcə susa bilmirəm. Adam nə qədər şovinist, nə qədər özündənrazı olmalıdır ki, sən konkret cinayət törədəni açıq müdafiə edirsən, amma öz ata-baba torpağında girov götürülən sənin vətəndaşın olan, amma qəbahəti azərbaycanlı olması olan şəxslə bir dəfə də olsun maraqlanmayasan. Tüpürəsən sizin belə kişiliyinizə və siyasətinizə.
Haqqımızı heç vaxt əlimizdən ala bilməyəcəksiniz!! İnşallah, gec olacaq, amma güc olacaq. Buna heç kimi şübhəsi olmasın".