Gəncə Regional Elektrik Şəbəkəsinin (REŞ) xidməti ərazisində də istismar səviyyəsinin daha da yaxşılaşdırılması, dayanıqlığın artırılması istiqamətində görülən işlər ötən ilin son beş ayında da davam etdirilib.

Bu barədə "Azərenerji ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətindən Unikal.org-a daxil olan məlumatda deyilir. Qeyd olunur ki, 500 kV-lik Samux yarımstansiyasında 330 kV-lik 3-cü Samux və 4-cü Mingəçevir hava xəttinin şin ayrıcıları, 1-ci Alüminiumzavod və 2-ci Samux hava xəttinin şin ayrıcıları təmir olunub. 

Bu dövrdə 330 kV-lik Gəncə yarımstansiyasında 330 kV-lik 4-cü Ağstafa, 1-ci Goranboy, 2-ci Samux, 110 kV-lik 1-ci və 2-ci Yenikənd, 1-ci və 2-ci Şəmkir, 2-ci Mərkəz, 1-ci və 2-ci Veyisli hava xəttlərinin eleqaz açarları və cərəyan transformatorları təmir olunub. Eyni zamanda, 110 kV-lik 1-ci və 2-ci sistem şininin gərginlik transformatoru və boşaldıcılar təmir olunub. Hazırda 10 kV qapalı paylayıcı qurğunun tikintisi davam etdirilir.

Elektrik Enerjisinin Ötürülməsi İdarəsinə istinadən qeyd edək ki, bu dövr ərzində 330 kV-lik Alüminiumzavod, Gəncə-1, Ağstafa və digər bir neçə yarımstansiyalarda da müxtəlif təyinatlı təmir işləri həyata keçirilərək onların dayanıqlığı daha da yüksəldlib.

Bütün bunlarla yanaşı bu dövrdə Gəncə REŞ-in 110 kV-lik və ondan yuxarı gərginlikli hava elektrik verilişi xətlərində də yenidənqurma və təmir işləri aparılıb. Ümumilikdə, müxtəlif gərginlikli elektrik verilişi xətlərində naqillər dəyişdirilmiş və izolyatorlar isə yenisi ilə əvəzlənib.

Görülmüş işlər enerji sistemin dayanıqlığının daha da möhkəmləndirilməsi, gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması ilə yanaşı, respublikamızın qərb bölgəsində enerjitəchizatı müəssisəsinə daha da keyfiyyətli elektrik enerjisinin ötürülməsinə imkan yaradıb.
Qeyd edək ki, Gəncə REŞ təmir-bərpa işləri zamanı yeni texnologiyaların tətbiqinə üstünlük verir.