Nazirlər Kabineti (NK) ali təhsillə bağlı bəzi qərarlarında dəyişiklik edib.

NK-dan Unikal.org-a verilən məlumata görə, "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatının, "Rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisasların Təsnifatının və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin qüvvədən düşmüş bəzi qərarlarının Siyahısının təsdiq edilməsi haqqında qərarında dəyişikliklər edilib.

Yeni qərara zəsasən, "Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) Təsnifatındakı "Humanitar və sosial ixtisaslar qrupu bölməsinə " İdman jurnalistikasıı əlavə edilib.