Bakı sakininə qarşı 50 min ABŞ dolları məbləğində dələduzluq edilib.

Unikal.org "Reporta istinadən xəbər verir ki, Bakı şəhər sakini 1968-cü il təvəllüdlü Rasim Hüseynov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2016-ci ilin iyul ayında 1974-cü il təvəllüdlü Yelmar Cəfərov onu aldadaraq 50 min ABŞ dolları məbləğində pulunu alıb.

Faktla bağlı araşdırma aparılır.