Sibirdə buzdan kitabxana yaradılıb.
Unikal.org-un məlumatına görə, "buz kitabxana" Baykal qəsəbəsi yaxınlığında, 800 kv.m ərazidə yerləşir.
Layihənin rəhbəri olan yerli kitabxanaçı Maksim Xvostişkov bildirib: "Keçən il qəzetdə "buz kitabxana" yaratmaq niyyətimiz barədə elan verdik. İnsanlardan xəyallarını, istəklərini bizə yazıb göndərmələrini istədik".
Gələn ilk 1000 təklif ziyarətçilərin içində gəzib baxa biləcəkləri yarımşəffaf labirintlər əmələ gətirən buz lövhələr üzərinə həkk olunub.
M.Xvostişkovun sözlərinə görə, Rusiyanın dörd bir tərəfindən insanlar istəklərini yazıb göndəriblər:
"Mən də istəkləri siyahıya aldım. Bir çinli Everestə çıxmaq, bir fransız qapıdan girdiyi an aşiq olmaq, bir kanadalı isə lotoreya qazanmaq istədiyini yazıb. Gələn diləklərin böyük bir qismi isə sağlamlıq, ailə sahibi olmaq, müharibəsiz bir dünya haqqında idi. Bu istəklərdən ibarət "buz kitabxana" havaların isinəcəyi vaxta qədər fəaliyyət göstərəcək".