"Baku Bus"-a məxsus marşrut avtobusu nasazlıq ucbatında yolda qalıb.

Unikal.org xəbər verir ki, paytaxtın İbrahimpaşa Dadaşov küçəsi ilə Cəfər Xəndan küçəsinin kəsişməsində 6 saylı xətt üzrə hərəkət edən, 90JH083 dövlət nömrə nişanlı marşrut avtobusu sərnişinləri yarı yolda qoyub. Yaranan problemdən dolayı sürücü sərnişinləri düşürmək məcburiyyətində qalıb. 

İnsanlar digər marşrutdan istifadə etməli olublar. 

Həsən Babayev