Türkiyənin Manisa şəhərində 12 yaşlı qıza erotik mesajlar yazıb, onunla görüşmək istəyən İ.G. adlı fəhlə küçədə döyülüb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, valideyni 12 yaşlı qızına kiminsə mesaj yazdığını görüb. O, telefonu uşağın əlindən alıb və onunla yazışmağa başlayıb. 35 yaşlı kişi 12 yaşlı uşaqla görüş təyin edir. Lakin görüşə uşağın anası, atası və qohumları gəliblər və küçədə həmin kişini döyüblər.