Gürcüstanda ikinci piyada briqadasının 22-ci taboruna məxsus avtomobil ağaca çarpılıb. 

Unikal.org Gürcüstan mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 6 hərbçi xəsarət alıb."

Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Hadisə hərbçilərin Simoneti poliqonuna təlimə aparılması zamanı baş verib və xəsarət alan hərbçilər Qoridəki hospitala yerləşdiriliblər. 

Müdafiə nazirinin müavini Zaal Kapanadze və hərbi polisin rəisi David Kariaulu qəza yerinə baş çəkib.

Hadisə ilə bağlı cinayət işi açılıb və qəzanın baş vermə səbəbləri araşdırlır.