Bakı Metropoliteninin "Xalqlar Dostluğu stansiyasının hər iki keçidi təmir edilir.

Bu barədə Unikal.org-a "Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

O bildiirb ki, stansiyanın hər iki keçidində təmir başlanıb:

"Təmir prosesində keçidin divar və yerdəki mərmər üzlükləri dəyişdiriləcək, keçidlərdə mövcud olan bütün kommunikasiya xətləri yenilənəcək. Keçidlərdə yalnız təmir işlərinin aparıldığı hissələr bağlanıb, sərnişinlərin giriş və çıxışına heç bir məhdudiyyət qoyulmayıb. Təmir işləri təxminən 2-3 ay davam edəcək".