Azərbaycanda oğlan övladının qız oyuncaqlarına meyili olduğunu görən valideynlər onu psixoloqa aparıblar. Psixoloq isə elə valideynlərinin gözləri qarşısındaca uşağı döyüb.

Unikal.org "Baku.ws" istinadən xəbər verir ki, bu barədə psixoloq Xatirə Səfərova məlumat verib. Bildirib ki, hazırda həmin uşaq onun terapiya prosedurasından keçir.

"Bir valideyn 5 yaşlı oğlunun qız oyuncaqlarına meylini görüb aparıb psixoloqa. Psixoloq isə valideynlərinin yanında uşağı vurub. Daha sonra məsləhət verib ki, uşağı hər gün döyün. Tapşırın ki, bir də qız oyuncaqları ilə oynasa, döyüləcək. Aparın cüdoya qoyun. Üzgüçülüyə qoymayın, qız kimi fiqurası olar. Peçenye, şirniyyat yeməyə qoymayın. Homoseksuallar şirniyyata meyilli olur. Əlinə rəngli qələm almağa imkan verməyin ki, rəsmə meyli olsun".

Psxoloq bildirib ki, uşaqları bu cür savadsız psixoloqların yanına aparmaq olmaz. Bu cür psixoloqlar yaxşıların da adını batırır.