Son illər paytaxtda fitnes zallarına böyük maraq yaranıb. Tələbat olduğuna görə isə belə zalların sayı gündən-günəçoxalır.

Unikal.org xezerxeber.az-a istinadlaməlumat verir ki, zalın yerindən və təklif edilən xidmətlərdən asılı olaraq qiymətlər dəyişir.

Ən müasir avadanlıqlar, həkim və peşəkar idmançıların nəzarəti altında məşq, səliqəli hamam otaqları, sauna və bu kimi xidmətlər paytaxdakı idman zallarının qiymətini müəyyənləşdirən əsas amillərdəndir.

Bakıdakı ən bahalı fitnes zallarının aylıq qiyməti təxminən 400-700 manat arasında dəyişir. Hər ay belə xidmətlərdən yararlanmaq istəyənlər il ərzində 5-8 min manat pul xərcləməlidir. Bəzi mərkəzlərillik abunə olan müştərilərinə 60-70 faizə qədər endirim paketidə təqdim edir.

Belə bahalı fitnes zallarında fitneslə yanaşı, basketbol, voleybol, kikboksinq kimi idman növləri ilə məşğul olmağa, baseyn, saunadanlimitsiz istifadə etməyə icazə verilir. Üstəlik, belə zallar 24 saat xidmət göstərir.

Paytaxda nisbətən orta təbəqəyə xitab edən fitnes zallarınınqiyməti isə 50-120 manatarasında dəyişir. Belə fitnes zallarında həkimlər və mütəxəssislərin daimi nəzarətinin olması ora marağı da artırır.

Hazırda Bakıda ən ucuz fitnes zallarının aylıq qiyməti 15 manat, günlük qiyməti isə 1 manatdır.