Türkiyədə reyd zamanı polisin saxlama əmrinə tabe olmayan şəxs avtomobili onun üzərinə sürərək ağır qəza törədib. 

Unikal.org xəbər verir ki, Türkiyənin Kütahyada bölgəsində 26 yaşlı Yunus İbiş adlı şəxs polislərin yoxlama etdiyi nöqtədə dayanmayaraq vəzifəli polis məmuru 29 yaşındakı Abdullah Mayırı vurub. Qəzada ağır yaralanan Mayır xəstəxanaya qaldırılıb. 

Hadisə səhər saatlarında Çevreyolu Kütahya Bələdiyyəsi Həkim Sinan Tibbi Bitkilər Araşdırma Mərkəzi qarşısında meydana gəlib. Tavşanlı Mahalı istiqamətindən şəhər mərkəzinə gələn Yunus İbiş idarə etdiyi 43 AG 753 nömrəli avtomobili ilə polislərin birini Abdullah Mayırı vurub. 

Polislər 112 təcili xidməti axtararaq hadisə yerinə təcili yardım çağırıb. Bir müddət sonra gələn ambulansta vəzifəli sağlamlıq qrupu, yaralı polisə müdaxilə edib. Polislər, təcili yardımın gec gəldiyindən də şikayət ediblər. Yaralı polis Abdullah Mayır təcili yardımla Kütahya Dumlupınar Universiteti (DPÜ) Övliya Çələbi Təhsil və Tətbiq Xəstəxanasına qaldırılıb. Müalicəyə alınan Mayırın vəziyyətinin ağır olduğu deyilib. 

Hadisədə yüngül yaralanan avtomobil sürücüsü Yunus İbiş də polislər tərəfindən eyni xəstəxanaya aparılıb. İbişin lazımlı müalicə aldıqdan sonra həbs ediləcəyi deyilib.