ABŞ Gürcüstanda hərbi hazırlıq mərkəzi tikəcək.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Gürcüstan müdafiə naziri Levon İzoriya ilə ABŞ-ın briqada komandiri Antonio Aqustonun Almaniyadakı görüşündə razılıq əldə edilib.

Mərkəz ABŞ-ın Almaniyadakı bazasına oxşar şəkildə inşa ediləcək.

"Bu çox iddialı bir plandır və bu il həyata keçirmək niyyətindəyik" deyə Gürcüstanın müdafiə naziri qeyd edib.

Qeyd edək ki, yaxın vaxtda A.Aqustonun tikintinin detallarını müzakirə etmək üçün Gürcüstana səfəri gözlənilir.