"Fitch Ratings beynəlxlaq reytinq agentliyi ABŞ prezidenti Donald Trampın iqtisadi siyasətini və bu siyasətdən zərər görəcək ölkələrin adlarını açıqlayıb.
Unikal.org Türkiyə mətbuaına istinadən xəbər verir ki, ABŞ-ın 45-ci prezidentinin bəzi siyasi gedişatlarının iqtisadi inkişafa müsbət təsir edəcəyini qeyd etsə də, onun immiqrasiya siyasətinin nüfuzuna mənfi təsir etdiyini yazıb.
Məlumata görə, Kanada, Almaniya, Yaponiya, Çin, Meksika, Holandiya, Nikaraqua, Qvatemala, El-Salvador, Braziliya, İngiltərə, Honduras, Şərqi Asiya və Orta Avropa Trampın siyasətinin qurbanı olacaq ölkələrdir.