Yeni il gecəsi İstanbulda "Reina gecə klubunda qətliam törədən özbək əsilli terrorçu Əbdülqədir Mşaripov ədliyyəyə sövq olunub.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanvarın 15-də Esenyurtda gizləndiyi evdə saxlanılan terrorçunun İstanbul Təhlükəsizlik Müdirliyi Terrorla Mübarizə Şöbəsindəki sorğusu yekunlaşdırılaraq o, bu gün İstanbul Çağlayan Ədliyyəsinə aparılıb.
Xatırladaq ki, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə "Reina gecə klubunda törədilən terror aktı nəticəsində 39 nəfər ölüb, 66 nəfər yaralanıb.