Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) yeni il gecəsi İstanbulda "Reina gecə klubunda törədilən terror aktından sonra vətəndaşlarına Türkiyəyə səyahət etməmələri ilə bağlı xəbərdarlıq etmişdi.
Unikal.org "Hurriyetə istinadən xəbər verir ki, BƏƏ-nin Xarici işlər Nazirliyi bu gün yaydığı açıqlamada bu xəbərdarlığın ləğv olunduğunu bildirib.
Xatırladaq ki, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə "Reina gecə klubunda törədilən terror aktı nəticəsində 39 nəfər ölüb, 66 nəfər yaralanıb.
Teraktı törədən Əbu Məhəmməd Horasani kod adlı Əbdülqədir Maşaripov bu gün həbs olunub.