Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raketin buraxılışını sınaqdan keçirib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya Silahlı Qüvvələrin qərargah rəislərinin birləşdirilmiş komitəsinin məlumatında bildirib.

Tipi məlum olmayan raket Şimali Koreyanın Phönan-Pukto əyalətindəki kosmodromdan yerli vaxtla saat 07.55-də buraxılıb (Bakı vaxtı ilə 02.55-də).