Aprelin 16-da Türkiyədə konstitusiyaya ediləcək dəyişikliklərə "Xeyr deyəcəyini bəyan etdiyinə görə işdən çıxarılan tanınmış teleaparıcı İrfan Değirmenci məsələ ilə bağlı tvitterdən açıqlama verib.
Unikal.org sözcü.com.tr-yə istinadən xəbər verir ki, "Doğan media holdinqinin rəhbərliyi tərəfindən jurnalist tərəfsizliyini pozduğun görə işdən çıxarılan "Kanal Dnin aparıcısı qürurunu qoruduğunu deyib: "Nə qədər gözəl və qürurluyuq. Sayımız da çoxdur, deyə, qeyd edib.
Qeyd edək ki, işlədiyi media qurumu işçilərinin efirdə olduğu kimi hər yerdə tərəfsiz olmalarının vacibliyini əsas gətirərək İrfan Değirmenci ilə yollarını ayırıb. Aparıcı bir neçə gün əvvəl tvitterdə hakimiyyətdəki qüvvələrə itaət etməyənlərin düşmən gözü ilə görülməsinə "Xeyr dediyini bəyan emişdi.