Bu gün Rusiyada yaşayış evi yanıb, 3 nəfər ölüb.
Unikal.org-un verdiyi məlumata görə, hadisə Saratov vilayətində baş verib.
Yanğının söndürülməsinə 17 yanğınsöndürən və 6 texnika cəlb edilib. Yanğın nəticəsində iki qadın və 42 yaşlı kişi həyatını itirib, 33 yaşlı qadın və iki uşaq xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.