Saratov şəhərinin polisi "təcili yardımın tibb bacısına 5 kişinin hücumu ilə bağlı vəziyyəti araşdırır.

Unikal.org Rusiya mediasına istinadən bildirir ki, fevralın 11-də gündüz bir kişinin hipertoniya böhranı keçirdiyi səbəbindən "təcili yardıma çağırış daxil olub.

"Təcili yardım briqadası Saratov şəhərinin Frunze rayonundakı çağırış yerinə yollanıb.

Adı açıqlanmayan 27 yaşlı feldşer 5 kişinin olduğu mənzilə qalxıb.

Kişilər qadına hücum çəkərək zorlamağa cəhd ediblər. O, vanna otağın girib qapını bağlamağa və mobil telefonla polis çağırmağa macal tapıb.

Məlumata görə, kişilər qadından soyunmağı tələb edərək mənzili çıxış qapısını mühasirəyə alıblar. Polis onlardan ikisini saxlaya bilib. Faktla bağlı araşdırma davam edir.