Əksəriyyət dünyanın məşhur və gözəl şəhərlərində olmağı, orada təhsil alıb və yaşamağı arzulayır. Xüsusən də, modern mədəniyyətin beşiyi olan Avropa şəhərləri özünün parlaqlıq və cazibəsi ilə ər bir azərbaycanlının arzusuna çevrilə biləcək gücdədir.
Görəsən, adlarını az qala, hər gün sadaladığımız, paytaxt olan və olmayan məşhur şəhərlərin adlarının mənaları nədir?
Unikal.org moderatora.az-a istinadən bu mövzuda hazırlanan yazını təqdim edir:
Praqa (Çexiya) - yerli çex dilində "prah iki mənada işlənir: "keçid və "sürətli, cəld
Brüssel ( Belçika) - "sığınacaq, "yerləşmə yeri anlamındadır.
Vyana (Avstriya) - adı da özünü uyğundur. "Parlaq, "parıltılı deməkdir.
Florensiya (İtaliya)- İtaliya gözəlinin adının mənası latınca "çiçək deməkdir. Doğrudan da çiçək kimi şəhərdir...
Buenos-Ayres (Argentina)- şəhərin adı ispancadır. "Gözəl hava, "xəfif rüzgar mənasını verir. Şəhərin adının özünə uyğun olmasını hər halda, orada olanlar daha yaxşı bilər.
Las-Veqas (ABŞ)- "çəmənlik mənasını verir. Hər halda, ABŞ-ın da göy dollarından başqa, yaşıl çəmənliyi də olmalı...
Şanxay (Çin)- şəhərin adının mənası çincə söz deyil, söz birləşməsini ifadə edir: "dənizin üstündə deməkdir.
Dubay (BƏƏ) - ərəbcə akasiya çiçəyi deməkdir. Amma bu dəqiqə gözəllikdə və rayihədə akasiyanı da ütələyib.
Seul (Koreya)- şəhərin adı elə təyinatına uyğundu: paytaxt, "mərkəz anlamındadır.
Sinqapur - Bildiyimiz kimi iqtisadiyyatı özündən dəfələrlə böyük olan dövlətin paytaxtı da elə Sinqapur şəhəridir. "Sinqapur isə "aslan deməkdir. Dövlət adına uyğun şəkildə irəliləməkdədir.