Rusiyanın Altay Respublikasında ekskursiya uçuşu həyata keçirən "Robinson tipli helikopter Teletskoye gölünə düşüb.
Unikal.org-un "Tass.ruya istinadən xəbərinə görə, təyyarənin göyərtəsində 5 nəfər -pilot Dmitri Rakitski, onun xanımı Yelena, respublikanın keçmiş baş nazir müavini Anatoli Bannıx və iki uşağı olub.
"İnterfaks xəbər verir ki, A. Bannıx vertolyotun idarəsinə nəarət edirmiş. Bu məlumat hələ ki, öz rəsmi təsdiqini tapmayıb.
"Ria Novostinin məlumatına görə, "Robinson pilotun səhv idarəçiliyi və ya əlverişsiz hava şəraitinə görə qəzaya düşmüş ola bilər.
Hazırda təyyarənin göyərtəsində olan insanların taleyindən xəbər yoxdur.