Məşhur amerikalı caz ifaçısı, "Grammy mükafatının yeddi qat qalibi El Cerro 76 yaşında vəfat edib.

Unikal.org-un xəbərinə görə, bu barədə "The Washington Post məlumat verib.

Məlumata görə, əfsanəvi cazmen Los-Ancelesdə hospitalda dünyasını dəyişib.

E.Cerronun debüt albomu "We Got By 1975-ci ildə işıq üzü görüb. İlk "Grammy mükafatını 1978-ci ildə, "Ən yaxşı solo caz albomu" nominasiyasında qazanıb. 2001-ci ildə E.Cerronun adı Hollivudun "Məşhurlar Xiyabanında həkk olunub.