Somalinin cənubunda baş vermiş hücum nəticəsində 8 hərbçi həlak olub.

Unikal.org xarici mətbuata istinadən verdiyi xəbərə görə, "Əş-Şəbab" qruplaşmasının silahlıları Somali milli ordusunun bazalarına hücüm edib. Hücum nəticəsində ikisi zabit olmaqla ümumilikdə 8 hərbçi həlak olub.

Qeyd edək ki, döyüşlər zamanı iki terrorçu məhv edilib.